SQL (Structured Query Language) — əlaqəli məlumat bazaları ilə qarşılıqlı əlaqə qurmaq üçün istifadə olunan standart proqramlaşdırma dilidir. 1970-ci illərdə IBM tərəfindən yaradılmış və bu günə qədər bir çox verilənlər bazası idarəetmə sistemində (DBMS) tətbiq olunur:
MySQL, PostgreSQL, SQLite, Oracle, SQL Server və digərləri.
Yazıya əlavə olaraq 60 saniyəlik videoya da bax: 📺 SQL videoya keçid
SQL nə üçün istifadə olunur?
SQL vasitəsilə verilənlər bazasında:
- Yeni məlumatlar əlavə etmək (INSERT)
- Mövcud məlumatları oxumaq və axtarmaq (SELECT)
- Məlumatları yeniləmək (UPDATE)
- Artıq lazım olmayan məlumatları silmək (DELETE)
- Cədvəllər yaratmaq və əlaqələr qurmaq (CREATE, ALTER)
- İstifadəçi icazələrini idarə etmək (GRANT, REVOKE)
mümkündür.
Bu əməliyyatlar adətən CRUD olaraq qısaldılır:
Create, Read, Update, Delete.
Əsas anlayışlar
1. Table (Cədvəl)
Məlumatlar satırlar (rows) və sütunlar (columns) şəklində saxlanılır. Hər cədvəl müəyyən bir məlumat növünü təmsil edir (məsələn, Users
cədvəli istifadəçi məlumatlarını saxlayır).
2. Primary Key
Cədvəldəki hər bir sətrin unikal identifikatoru. Bu, duplikatların qarşısını alır.
3. Foreign Key
İki cədvəl arasında əlaqə yaradan açardır. Beləliklə, normalizasiya və məlumatların təkrar olunmasının qarşısı alınır.
4. Query
SQL-də verilən sorğu əmridir. Məlumat əldə etmək və ya dəyişmək üçün istifadə olunur.
Real kod nümunələri
Aşağıdakı nümunə bir Users
və Posts
cədvəli yaradaraq onların arasında əlaqə qurur.
-- Users cədvəlinin yaradılması
CREATE TABLE Users (
id INT PRIMARY KEY,
name VARCHAR(100),
email VARCHAR(100) UNIQUE
);
-- Posts cədvəlinin yaradılması və Users ilə əlaqələndirilməsi
CREATE TABLE Posts (
id INT PRIMARY KEY,
user_id INT,
title VARCHAR(200),
content TEXT,
FOREIGN KEY (user_id) REFERENCES Users(id)
);
Məlumat əlavə etmək
INSERT INTO Users (id, name, email)
VALUES (1, 'Ziya Məmmədov', 'ziya@example.com');
🔍 Məlumatı axtarmaq (SELECT)
-- Bütün istifadəçiləri siyahıla
SELECT * FROM Users;
-- Ziya adlı istifadəçini tap
SELECT * FROM Users WHERE name = 'Ziya Məmmədov';
🔗 Cədvəlləri birləşdirmək (JOIN)
-- İstifadəçilərin postlarını göstər
SELECT Users.name, Posts.title
FROM Users
JOIN Posts ON Users.id = Posts.user_id;
SQL-in üstünlükləri
✅ Deklarativdir – “Nə istədiyini” yazırsan, “Necə alınacağını” sistem özü qərar verir ✅ Standartlaşdırılıb – Əksər verilənlər bazalarında oxşar sintaksis ✅ Performans və optimizasiya – Sorgular indekslərlə sürətləndirilə bilir ✅ Veri bütövlüyü və təhlükəsizlik – ASID prinsipləri ilə işləyir
🔚 Nəticə
SQL — yalnızca bir proqramlaşdırma dili deyil, məlumatla işləyən hər bir mütəxəssisin bilməli olduğu əsas bacarıqdır. İstər proqramçı, istər analitik, istərsə də data engineer olasan — SQL sənin “məlumatla danışma” vasitəndir.
Əgər bu yazı sənin üçün faydalı oldusa, paylaş və fikirlərini bölüş!