Əgər React ilə saytlar düzəldirsənsə, yəqin Next.js adını eşitmisən. Next.js 15 onun ən son versiyasıdır və bir növ “React-ı pro səviyyəyə qaldıran” alətdir. Sadə dillə desək, bu texnologiya saytların daha sürətli, daha çevik və daha peşəkar işləməsi üçün yaradılıb.
Yeni nə var?
- App Router – səhifələr arasında keçid daha sürətlidir.
- Server Components – performans artır, yəni saytın yüklənməsi daha sürətli olur.
- Edge Functions – saytın daha “ağıllı” işləməsinə kömək edir, xüsusən də coğrafi yerləşməyə görə fərqli kontent göstərmək istəyirsənsə.
Niyə öyrənək?
Bu gün sayt və tətbiq düzəltmək istəyirsənsə, sadəcə HTML/CSS bilməklə iş bitmir. Şirkətlər, freelancer işləri və startaplar Next.js kimi framework-ləri bilən insanları axtarır. Ona görə də bu bilik sənə həm CV-də +1 qazandırır, həm də real işlər görmək üçün lazım olur.
Üstəlik, Next.js 15 React-ı daha istifadəli edir. SEO, SSR (server-side rendering), dinamik routing və daha çox şeyləri özündə birləşdirir. Yəni, işini asanlaşdırır və peşəkar nəticələr verir.
Necə öyrənək?
Dürüst desəm, mən də ilk dəfə başlayanda bir az çaş-baş qalmışdım. Amma sonra qərar verdim ki, öyrəndiklərimi başqaları ilə də paylaşım. Ona görə YouTube-da azərbaycanca video dərsliklər hazırladım.
🎥 Burdan playlistə baxa bilərsən:
👉 YouTube-da Next.js 15 dərsliklərim
Playlistdə aşağıdakılar var:
- Layihənin sıfırdan qurulması
- Routing və layout-lar
- API və server komponentləri
- Deployment – yəni saytı internetə yerləşdirmə
Sonda nə deyim?
Əgər Next.js 15 öyrənmək istəyirsənsə, əlavə mənbələrdə boğulmağa ehtiyac yoxdur. Gəl birlikdə addım-addım öyrənək. Mən artıq yolun bir hissəsini getmişəm, indi sənə yol göstərmək vaxtıdır.